Yuxarı

Almaniyada sərnişin təyyarəsi kofe aparatına görə təcili eniş edib

​Almaniyada sərnişin təyyarəsi kofedəmləyənə görə təcili eniş edib

Bakı. 23 dekabr. REPORT.AZ/ Almaniyanın "Lufthansa" aviaşirkətinə məxsus sərnişin təyyarəsi göyərtədəki kofe dəmləyən aparatda qısa qapanmanın baş verməsi səbəbindən Hamburq şəhərində təcili eniş edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə aviaşirkətin nümayəndəsinə istinadən DPA məlumat yayıb.

Bildirilir ki, təyyarə Danimarkanın Billunn şəhərindən Frankfurta uçurmuş.

Məlumata görə, uçuş zamanı heyət üzvləri göyərtə mətbəxində yanıq iyi hiss ediblər. Bu səbəbdən hava gəmisinin komandiri Hamburq aeroportunda eniş etmək barədə qərar qəbul edib.

Daha əvvəl ABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi