Almaniyada sərnişin təyyarəsi kofe aparatına görə təcili eniş edib

Almaniyada sərnişin təyyarəsi kofe aparatına görə təcili eniş edib Bakı. 23 dekabr. REPORT.AZ/ Almaniyanın Lufthansa aviaşirkətinə məxsus sərnişin təyyarəsi göyərtədəki kofe dəmləyən aparatda qısa qapanmanın baş verməsi səbəbindən Hamburq şəhərində təcili eniş edib.
Digər ölkələr
24 Dekabr , 2018 03:27
Almaniyada sərnişin təyyarəsi kofe aparatına görə təcili eniş edib

Bakı. 23 dekabr. REPORT.AZ/ Almaniyanın "Lufthansa" aviaşirkətinə məxsus sərnişin təyyarəsi göyərtədəki kofe dəmləyən aparatda qısa qapanmanın baş verməsi səbəbindən Hamburq şəhərində təcili eniş edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə aviaşirkətin nümayəndəsinə istinadən DPA məlumat yayıb.

Bildirilir ki, təyyarə Danimarkanın Billunn şəhərindən Frankfurta uçurmuş.

Məlumata görə, uçuş zamanı heyət üzvləri göyərtə mətbəxində yanıq iyi hiss ediblər. Bu səbəbdən hava gəmisinin komandiri Hamburq aeroportunda eniş etmək barədə qərar qəbul edib.

Daha əvvəl ABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Son xəbərlər

Orphus sistemi