Neymar topuğundan zədələnib
Dünya Çempionatı - 2022
- 24 noyabr, 2022
- 23:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Braziliyalı futbolçu Neymar Serbiya ilə dünya çempionatının qrup mərhələsinin ilk tur matçında topuq nahiyəsindən zədə alıb.
"Report" xəbər verir ki, bu barədə Braziliyanın "Globo Esporte" portalına millinin həkimi Rodriqo Lesmar danışıb.
"Neymarın sağ topuğu burulub. Onda şiş yaranıb, biz dərhal ehtiyat oyunçular skamyasında müalicəyə başladıq. İndi daha aydın məlumat əldə etmək üçün 24-48 saat gözləməliyik", - Lesmar deyib.
Görüş braziliyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Neymar matçın 79-cu dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin ikinci turunda Braziliya yığması noyabrın 28-də İsveçrə millisi ilə qarşılaşacaq.
Son xəbərlər
18:25
İranın Küveytə PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb
Digər ölkələr
18:21
Tbilisi Avropa Parlamentinin Gürcüstanla bağlı yeni qətnaməsinə etiraz edib
Region
18:04
Foto
Azərbaycan Güləş Federasiyasında veteran güləşçilərlə görüş təşkil edilib
Fərdi
18:01
Serbiyada prezident seçkiləri dekabrın 27-nə təyin edilib
Digər ölkələr
17:59
AZAL biletlərin 30 %-ni rəqəmsal kanallarla satır
İnfrastruktur
17:58
AZAL son 2 ildə su istehlakını 20 %-ə yaxın azaldıb
İnfrastruktur
17:57
AZAL işçilərinin sayını 13 %-ə yaxın artırıb
Energetika
17:55
AZAL ötən il 1 milyard manatdan çox gəlir əldə edib
Maliyyə
17:43
Azərbaycan ət idxalına çəkdiyi xərci 16 %-ə yaxın artırıb
Biznes