Neymar topuğundan zədələnib
Dünya Çempionatı - 2022
- 24 noyabr, 2022
- 23:49
Braziliyalı futbolçu Neymar Serbiya ilə dünya çempionatının qrup mərhələsinin ilk tur matçında topuq nahiyəsindən zədə alıb.
"Report" xəbər verir ki, bu barədə Braziliyanın "Globo Esporte" portalına millinin həkimi Rodriqo Lesmar danışıb.
"Neymarın sağ topuğu burulub. Onda şiş yaranıb, biz dərhal ehtiyat oyunçular skamyasında müalicəyə başladıq. İndi daha aydın məlumat əldə etmək üçün 24-48 saat gözləməliyik", - Lesmar deyib.
Görüş braziliyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Neymar matçın 79-cu dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin ikinci turunda Braziliya yığması noyabrın 28-də İsveçrə millisi ilə qarşılaşacaq.
Son xəbərlər
05:22
İsrail ordusu Rəfahda HƏMAS briqada komandirini öldürüb
Digər ölkələr04:50
Heqset və Pistorius ABŞ-Almaniya hərbi-sənaye əməkdaşlığını inkişaf etdirmək barədə razılaşıblar
Digər ölkələr04:18
WSJ: ABŞ kosmosdan hərbi istifadənin normallaşmasına çalışır
Digər ölkələr03:42
ABŞ İsrailə 2,8 milyard dollarlıq bombalar satmağı planlaşdırır
Digər ölkələr03:11
"Forbes": Trampın sərvəti 7 milyard dollara çatıb
Digər ölkələr02:45
Foto
Video
Bakıda avtomobil yanıb
Hadisə02:27
Böyük Britaniya NATO-nun müdafiə bankına qoşulmağı düşünür
Digər ölkələr01:51
ABŞ Nümayəndələr Palatası Trampa qarşı impiçment qətnaməsini rədd edib
Digər ölkələr01:30