Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb.
"Report"un məlumatına görə, Avropa təmsilçisi 1/8 finalda Yaponiyanı mübarizədən kənarlaşdırıb.
Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Yaponiyalılardan Daydzen Maedanın 44-cü dəqiqədə vurduğu qola İvan Perişiç 55-ci dəqiqədə cavab verib. Əsas vaxtda qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb.
Tablodakı rəqəmlər dəyişmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (3:1) Xorvatiya yığması adını 1/4 finala yazdırıb.
Zlatko Daliçin rəhbərlik etdiyi kollektivin növbəti mərhələdəki rəqibi Braziliya - Cənubi Koreya cütünün qalibi olacaq.
Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa və İngiltərə yığmaları 1/4 finala yüksəliblər.
Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final matçında əlavə vaxt başa çatıb.
"Report"un məlumatına görə, burada da hesab (1:1) dəyişmədiyindən qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunacaq.
Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final matçında əlavə vaxt başlayıb.
"Report"un məlumatına görə, hələlik oyunda hesab bərabərdir - 1:1.
Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final matçında əlavə vaxt oynanılacaq.
"Report"un məlumatına görə, buna səbəb görüşün əsas vaxtında qalibin müəyyənləşməməsidir.
Hərəyə bir dəfə fərqlənən kollektivlər 1/4 finala növbəti vəsiqə uğrunda ən azı daha 30 dəqiqə mübarizə aparacaqlar.
Bu, Qətərdəki mundialda əsas vaxtda qalibin bəlli olmadığı hələlik ilk qarşılaşmadır.
Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final oyununda 2-ci qol vurulub.
"Report"un məlumatına görə, 55-ci dəqiqədə Avropa təmsilçisindən İvan Perişiç tarazlığı bərpa edib.
Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final oyununda 2-ci hissə başlayıb.
"Report"un məlumatına görə, ilk yarıdan sonra hesab "samuraylar"ın xeyrinədir - 1:0.
Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, Asiya təmsilçisi fasiləyə minimal hesablı üstünlüklə yollanıb. Yeganə qolu 44-cü dəqiqədə Daydzen Maeda vurub.
Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final oyununda hesab açılıb.
"Report"un məlumatına görə, 44-cü dəqiqədə Daydzen Maeda Asiya təmsilçisini önə keçirib.
Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final oyunu başlayıb.
"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.
Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində üz-üzə gələcək Yaponiya və Xorvatiya yığmalarının start heyətləri açıqlanıb.
“Report”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
Yaponiya: 12. Şuiçi Qonda, 5. Yuto Naqatomo, 22. Maya Yoşida, 15. Daiçi Kamada, 16. Takehiro Tomiyasu, 3. Syoqo Taniquti, 6. Vataru Endo, 13. Hidamesa Morita, 8. Ritsu Doan, 14. Dzünyo İto, 25. Daydzen Maeda
Xorvatiya: 1. Dominik Livakoviç, 22. Yosip Yuranoviç, 3. Borna Barişiç, 6. Deyan Lovren, 20. Yosko Qvardiol, 11. Marselo Brozoviç, 10. Luka Modriç, 8. Mateo Kovaçiç, 4. İvan Perişiç, 9. Andrey Kramariç, 16. Bruno Petkovic
Qeyd edək ki, görüş saat 19:00-da start götürəcək.