DÇ-2022: Xorvatiya ilk qələbəsini qazanıb, Kanada mərhələ şansını itirib

DÇ-2022: Xorvatiya ilk qələbəsini qazanıb, Kanada mərhələ şansını itirib Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb
Dünya Çempionatı - 2022
27 Noyabr , 2022 21:56
DÇ-2022: Xorvatiya ilk qələbəsini qazanıb, Kanada mərhələ şansını itirib

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub.

"Report"un məlumatına görə, günün üçüncü matçında F qrupunda Xorvatiya və Kanada milliləri üz-üzə gəliblər.

Avropa təmsilçisi rəqibini 4:1 hesabı ilə üstələyib. Görüşdə hesabı 2-ci dəqiqədə Kanada yığmasının heyətində Alfonso Deyvis açıb. 

Xorvatların qollarını 36-cı və 70-ci dəqiqələrdə Andrey Kramariç, 44-cü dəqiqədə Marko Livaya, 90+4-cü dəqiqədə isə Lovro Mayer vurub.

Ötən mundialın finalçısı qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb və liderliyə yüksəlib. İkinci sıradakı Mərakeş kollektivinin də eyni xalı var. Belçika 3 xalla üçüncü yerdədir. Xalı olmayan Kanada kollektivi növbəti mərhələ şanslarını itirib.

21:32

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda növbəti qol vurulub. 

"Report"un məlumatına görə, Avropa təmsilçisi hesab arasındakı fərqi artırıb - 3:1. 

Andrey Kramariç 70-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atıb. 

21:05

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda ikinci hissə start götürüb.

"Report"un məlumatına görə, Avropa təmsilçisi 2:1 hesabı ilə öndədir.

20:50

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda birinci hissə başa çatıb.

"Report"un məlumatına görə, Avropa təmsilçisi fasiləyə öndə yollanıb - 2:1.

20:45

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda növbəti qol vurulub.

"Report"un məlumatına görə, Avropa təmsilçisi hesabda önə keçib - 2:1.

Xorvatiya seçməsinin ikinci qolunu 44-cü dəqiqədə Marko Livaya vurub.

20:37

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda növbəti qol vurulub.

"Report"un məlumatına görə, Avropa təmsilçisi hesabı bərabərləşdirib - 1:1

Xorvatiya yığmasının heyətində Andrey Kramariç 36-cı dəqiqədə tarazlığı bərpa edib.

20:02

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 2-ci dəqiqədə Alfonso Deyvis Kanadanı önə keçirib - 1:0.

20:00

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyunu başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

18:43

Qətərdə keçirilən dünya çempionatının F qrupunun ikinci turunda üz-üzə gələcək Xorvatiya və Kanada yığmalarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Xorvatiya: Dominik Livakoviç, Yosip Yuranoviç, Deyan Lovren, Yosko Qvardiol, Borna Sosa, Luka Modriç, Marselo Brozoviç, Mateo Kovaçiç, Marko Livaya, İvan Perişiç, Andrey Kramariç.

Kanada: Milan Boryan; Riçi Lareya, Alister Conston, Stiven Vitoriya, Kamal Miller, Alfonso Deyvis; Tedjon Byukenen, Atiba Hatçinson, Stiven Euştakiu, Kayl Larin; Conatan Devid.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi