DÇ-2022: Fransa millisi Polşanı məğlub edərək 1/4 finala yüksəlib

DÇ-2022: Fransa millisi Polşanı məğlub edərək 1/4 finala yüksəlib Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda üz-üzə gələcək Fransa və Polşa yığmalarının start heyətləri açıqlanıb.
Dünya Çempionatı - 2022
4 Dekabr , 2022 20:57
DÇ-2022: Fransa millisi Polşanı məğlub edərək 1/4 finala yüksəlib

Fransa millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb.

"Report"un məlumatına görə, Didye Deşamın rəhbərlik etdiyi kollektiv 1/8 finalda Polşa millisinə 3:1 hesabı ilə qalib gəlib.

"Xoruzlar"dan qolları 44-cü dəqiqədə Olivye Jiru, 74 və 90+1-ci dəqiqələrdə Kilian Mbappe vurub. Polşalıların təsəlli qoluna isə matçın əsas vaxtına əlavə olunmuş 9-cu dəqiqədə penaltidən Robert Levandovski imza atıb.

Fransa yığması növbəti mərhələdə İngiltərə - Seneqal görüşünün qalibi ilə qarşılaşacaq.

20:49

Qətərdə keçirilən dünya çempionatında Fransa və Polşa yığmaları arasında 1/8 final mərhələsinin oyununda hesab dəyişib.

"Report"un məlumatına görə, Kilian Mbappe 90+1-ci dəqiqədə özünün 2-ci, fransızların isə 3-cü qolunu vurub.

20:33

Qətərdə keçirilən dünya çempionatında Fransa və Polşa yığmaları arasında 1/8 final mərhələsinin oyununda 2-ci qol vurulub.

"Report"un məlumatına görə, Kilian Mbappe 74-cü dəqiqədə fransızların üstünlüyünü artırıb.

20:04

Qətərdə keçirilən dünya çempionatında Fransa və Polşa yığmaları arasında 1/8 final mərhələsinin oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, hələlik Didey Deşamın baş məşqçi olduğu kollektiv hesabda öndədir - 1:0.

19:47

Qətərdə keçirilən dünya çempionatında Fransa və Polşa yığmaları arasında 1/8 final mərhələsinin oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, fransızlar fasiləyə minimal hesablı üstünlüklə yollanıb. Yeganə qolu 44-cü dəqiqədə Olivye Jiru vurub.

19:45

Qətərdə keçirilən dünya çempionatında Fransa və Polşa yığmaları arasında 1/8 final mərhələsinin oyununda hesab açılıb.

"Report"un məlumatına görə, Olivye Jiru 44-cü dəqiqədə "xoruzlar"ı önə çıxarıb.

19:00

Qətərdə keçirilən dünya çempionatında Fransa və Polşa yığmaları arasında 1/8 final mərhələsinin oyunu başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

17:59

Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda üz-üzə gələcək Fransa və Polşa yığmalarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar matça aşağıdakı "11-lik"lərlə başlayacaqlar:

Fransa: Uqo Loris (K), Jül Kunde, Dayo Upamekano, Rafael Varan, Teo Ernandes, Orelyen Çuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

Polşa: Voytsex Şesnı, Bartoş Bereşinski, Kamil Qlik, Metti Keş, Pşemıslav Frankovski, Yakub Kivyor, Qjeqoj Krıxovyak, Robert Levandovski (K), Pyotr Zelinski, Sebastian Şimanski, Yakub Kaminski

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi