DÇ-2022: Dominik Livakoviç dünya çempionatları rekordunu təkrarlayıb

DÇ-2022: Dominik Livakoviç dünya çempionatları rekordunu təkrarlayıb Xorvatiya millisinin futbolçusu Dominik Livakoviç bir dünya çempionatında penaltilər seriyası zamanı ən çox qurtarışa imza atan qapıçı rekordunu təkrarlayıb.
Dünya Çempionatı - 2022
9 Dekabr , 2022 22:41
DÇ-2022: Dominik Livakoviç dünya çempionatları rekordunu təkrarlayıb

Xorvatiya millisinin futbolçusu Dominik Livakoviç bir dünya çempionatında penaltilər seriyası zamanı ən çox qurtarışa imza atan qapıçı rekordunu təkrarlayıb.

“Report”un məlumatına görə, 27 yaşlı qolkiper Qətərdə keçirilən mundialın 1/4 final mərhələsində Braziliya ilə görüşdə rəqibin bir zərbəsini dəf edib.

Heç-heçə nəticələnən (1:1) qarşılaşmanın penaltilər seriyasında komandasının 4:2 hesablı qələbə qazanmasına Rodriqonun zərbəsini qaytarmaqla töhfə verən Livakoviç DÇ-2022-də 4-cü belə uğuruna imza atıb. O, 1/8 finalda Yaponiya ilə oyunun penaltilər seriyasında da 3 seyv edib.

Livakoviçə qədər DÇ-1990-da argentinalı Serxio Qoykoçea, DÇ-2018-də isə həmyerlisi Daniel Subaşiç penaltilər seriyaları zamanı 4 seyvlə yadda qalıblar.

Son xəbərlər

Orphus sistemi