DÇ-2022: Cəmi 250 avroya transfer olunan futbolçu mundiala necə gedib?

DÇ-2022: Cəmi 250 avroya transfer olunan futbolçu mundiala necə gedib? Qətərdə keçirilən dünya çempionatında ev sahiblərinə 3:1 hesabı ilə qalib gəldikləri A qrupunun II tur oyununda məhsuldar ötürmə ilə yadda qalan Seneqal millisinin yarımmüdafiəçisi Lliman Ndiayenin peşəkar futbola gəlişinin maraqlı tarixçəsi var.
Dünya Çempionatı - 2022
26 Noyabr , 2022 13:46
DÇ-2022: Cəmi 250 avroya transfer olunan futbolçu mundiala necə gedib?

Qətərdə keçirilən dünya çempionatında ev sahiblərinə 3:1 hesabı ilə qalib gəldikləri A qrupunun II tur oyununda məhsuldar ötürmə ilə yadda qalan Seneqal millisinin yarımmüdafiəçisi Lliman Ndiayenin peşəkar futbola gəlişinin maraqlı tarixçəsi var.

"Report"un məlumatına görə, 22 yaşlı oyunçu bunu internetə yerləşdirdiyi videoçarxla bacarıb.

O, 3 il əvvəl yalnız İngiltərənin küçələrində futbol oynayırdı. Ndiaye öz oyununu videoya çəkərək görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Futbolçunun çıxışı İngiltərənin IX divizionunda mübarizə aparan "Rayzinq Bollers" komandasının diqqətini çəkib.

Bir neçə aydan sonra isə "Şeffild Yunayted"in skautları onun oyununu izləməyə gəliblər. Cəmi 250 avroya transfer edilən yarımmdafiəçi hazırda Çempionşipin bombardiri və ən yaxşı oyunçusudur.

O, məhz bu amilə görə Seneqal millisinin dünya çempionatı üçün açıqlanan heyətinə dəvət alıb.

Qeyd edək ki, Afrika təmsilçisi 2 turdan sonra 3 xalla 3-cü pillədə qərarlaşıb. Komandanı liderlər qrupunda yer alan Niderland və Ekvadordan cəmi 1 xal ayırır.

Son xəbərlər

Orphus sistemi