Futbol üzrə dünya çempionatında ilk finalçı bəlli olub

Futbol üzrə dünya çempionatında ilk finalçı bəlli olub Qətərdə keçirilən dünya çempionatının yarımfinal oyununda üz-üzə gələcək Argentina və Xorvatiya yığmalarının start heyətləri açıqlanıb.
Dünya Çempionatı - 2022
14 Dekabr , 2022 00:55
Futbol üzrə dünya çempionatında ilk finalçı bəlli olub

Qətərdə keçirilən dünya çempionatında ilk finalçı müəyyənləşib.

"Report"un məlumatına görə, yarımfinal oyununda Xorvatiya yığmasını 3:0 hesabı ilə darmadağın edən Argentina millisi həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Görüşdə ilk qol 34-cü dəqiqədə vurulub. Penaltini dəqiq yerinə yetirən Lionel Messi Cənubi Amerika təmsilçisini hesabda önə keçirib. Cəmi 5 dəqiqə sonra Xulian Alvares bir neçə rəqibini geridə qoyaraq, 2-ci topu rəqibin qapısından keçirib. İlk hissə "tanqoçular"ın 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

İkinci yarıya da fəal başlayan argentinalılar 69-cu dəqiqədə Avropa təmsilçisini 3-cü dəfə cəzalandırıb. Dubl edən Alvares yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, Argentina millisinin finaldakı rəqibi Fransa - Mərakeş cütünün qalibi olacaq. Turnirin həlledici oyunu dekabrın 18-də keçiriləcək.

00:31

Qətərdə keçirilən dünya çempionatında Argentina və Xorvatiya yığmaları arasında yarımfinal oyununda 3-cü qol vurulub.

"Report"un məlumatına görə, 69-cu dəqiqədə Lionel Messinin ötürməsindən sonra Xulian Alvares rəqibi növbəti dəfə məyus edib - 3:0.

Bu, 22 yaşlı hücumçunun xorvatlarla matçda 2-ci, mundialda isə 4-cü qolu olub.

00:05

Qətərdə keçirilən dünya çempionatında Argentina və Xorvatiya yığmaları arasında yarımfinal oyununda 2-ci hissə başlayıb.

"Report"un məlumatına görə, ilk yarıdan sonra Avropa təmsilçisi rəqibinə uduzur - 0:2.

23:49

Qətərdə keçirilən dünya çempionatında Argentina və Xorvatiya yığmaları arasında yarımfinal oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Cənubi Amerika təmsilçisi fasiləyə 2:0 hesabı ilə üstün yollanıb.

23:41

Qətərdə keçirilən dünya çempionatında Argentina və Xorvatiya yığmaları arasında yarımfinal oyununda hesab dəyişib.

"Report"un məlumatına görə, Cənubu Amerika təmsilçisinin hücumçusu Xulian Alvares 39-cu dəqiqədə 2-ci topu rəqibin qapısından keçirib.

23:35

Qətərdə keçirilən dünya çempionatında Argentina və Xorvatiya yığmaları arasında yarımfinal oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, 34-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Lionel Messi Cənubi Amerika təmsilçisini hesabda önə keçirib.

Bu, 35 yaşlı hücumçunun cari mundialda 5-ci qolu olub.

23:00

Qətərdə keçirilən dünya çempionatında Argentina və Xorvatiya yığmaları arasında yarımfinal oyunu başlayıb.

"Report"un məlumatına görə, "Lusail" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Qeyd edək ki, yarımfinalın digər matçında Fransa yığması Mərakeşi qəbul edəcək. Həmin görüş dekabrın 14-də olacaq.

21:46

Qətərdə keçirilən dünya çempionatının yarımfinal oyununda üz-üzə gələcək Argentina və Xorvatiya yığmalarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Entso Fernandes, Leandro Paredes, Nikolas Talyafiko, Aleksis Makkallister, Rodriqo De Paul, Lionel Messi, Xulian Alvares

Xorvatiya: Dominik Livakoviç, Yosip Yuranoviç, Deyan Lovren, Yoşko Qvardiol, Borna Sosa, Marselo Brozoviç, Mateo Kovaçiç, Luka Modriç, Mario Paşaliç, İvan Perisiç, Andre Kramariç

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi