Qətərdə keçirilən dünya çempionatının E qrupunda I tura start verilib.
"Report"un məlumatına görə, turun ilk oyununda sensasiya qeydə alınıb. Yaponiya millisi Almaniyanı 2:1 hesabı ilə məğlub edib.
Hesabı 33-cü dəqiqədə Bundestimdən İlkay Gündoğan açıb. İngiltərənin "Mançester Siti" klubunda çıxış edən yarımmüdafiəçi penaltini dəqiq yerinə yetirib. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıda əzmkarlıq nümayiş etdirən Asiya təmsilçisi 2 qol vuraraq, sensasiyaya imza atıb. 75-ci dəqiqədə Ritsu Doan hesabı bərabərləşdirib. Cəmi 8 dəqiqə sonra isə Takuma Asano görüşdə son nöqtəni qoyub.
Yaponiya yığması bu qələbədən sonra 3 xalla ilk pilləyə yüksəlib. E qrupunun ikinci oyununda İspaniya yığması Kosta Rikanı sınağa çəkəcək.
Qətərdə keçirilən dünya çempionatında Almaniya və Yaponiya yığmaları arasında E qrupunun I tur oyununda 3-cü qol vurulub.
"Report"un məlumatına görə, 83-cü dəqiqədə Takuma Asano Asiya təmsilçisini önə çıxarıb - 2:1.
Qətərdə keçirilən dünya çempionatında Almaniya və Yaponiya yığmaları arasında E qrupunun I tur oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, 75-ci dəqiqədə Asiya təmsilçisindən Ritsu Doan tarazlığı bərpa edib - 1:1.
Qətərdə keçirilən dünya çempionatında Almaniya və Yaponiya yığmaları arasında E qrupunun I tur oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, ilk yarıdan sonra Bundestim minimal hesabla öndədir. Yeganə qolu 33-cü dəqiqədə penaltidən İlkay Gündoğan vurub.
Qətərdə keçirilən dünya çempionatında Almaniya və Yaponiya yığmaları arasında E qrupunun I tur oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, Bundestim fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.
Komandanın heyətində İlkay Gündoğan 33-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Qətərdə keçirilən dünya çempionatında Almaniya və Yaponiya yığmaları arasında E qrupunun I tur oyunu başlayıb.
"Report"un məlumatına görə, qarşılaşmanı Salvadordan olan FIFA referisi İvan Barton idarə edir.
Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk turunda üz-üzə gələcək Almaniya və Yaponiya yığmalarının start heyətləri açıqlanıb.
"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar.
Almaniya: 1. Manuel Noyer (q) (k), 2. Antonio Rüdiger, 3. David Raum, 15. Niklas Süle, 23. Niko Şlotterbek, 6. Coşua Kmmix, 21. İlkay Gündoğan, 10. Serj Qnabri, 14. Camal Musiala, 13. Tomas Müller, 7. Kai Havertz
Yaponiya: 12. Şuiçi Qonda (q), 5. Yuto Naqatomo, 22. Maya Yoşida (k), 19. Hiroki Sakai, 4. Ko İtakura, 6. Vataru Endo, 26. Hiroki İto, 15. Daiçi Kamada, 17. Ao Tanaka, 11. Takefusa Kubo, 25. Daizen Maeda
Qeyd edək ki, Almaniya - Yaponiya oyunu saat 17:00-da start götürəcək.