DÇ-2022-də ilk heç-heçə qeydə alınıb

DÇ-2022-də ilk heç-heçə qeydə alınıb Qətərdə keçirilən dünya çempionatının B qrupunun ilk turunda üz-üzə gələcək ABŞ və Uels yığmalarının start heyətləri açıqlanıb.
Dünya Çempionatı - 2022
22 Noyabr , 2022 01:01
DÇ-2022-də ilk heç-heçə qeydə alınıb

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının B qrupunda ilk tura yekun vurulub.

"Report"un məlumatına görə, qrupun ikinci oyununda ABŞ və Uels yığmaları üz-üzə gəliblər. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Matçda ilk qolu amerikalılardan 36-cı dəqiqədə Timoti Vea vurub. 82-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Qaret Beyl hesabı bərabərləşdirib. Bu, mundialda qeydə alınan ilk bərabərlik olub.

Qeyd edək ki, ilk turdan sonra qrupa 3 xalı olan İngiltərə millisi başçılıq edir. Hərəyə 1 xalı olan ABŞ və Uels 2-3-cü yerləri bölüşürlər. İran isə sonuncudur.

00:42

Qətərdəki dünya çempionatında ABŞ və Uels yığmaları arasında B qrupunun ilk tur oyununda hesab bərabərləşib.

"Report"un məlumatına görə, 82-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Qaret Beyl tarazlığı bərpa edib - 1:1.

00:05

Qətərdəki dünya çempionatında ABŞ və Uels yığmaları arasında B qrupunun ilk tur oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, ilk yarıdan sonra amerikalılar hesabda öndədir - 1:0. Yeganə qolu 36-cı dəqiqədə Timoti Vea vurub.

23:50

Qətərdəki dünya çempionatında ABŞ və Uels yığmaları arasında B qrupunun ilk tur oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Şimali Amerika təmsilçisi fasiləyə minimal hesablı üstünlüklə yollanıb.

23:37

Qətərdəki dünya çempionatında ABŞ və Uels yığmaları arasında B qrupunun ilk tur oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 36-cı dəqiqədə Timoti Vea Şimali Amerika təmsilçisini önə çıxarıb.

23:01

Qətərdəki dünya çempionatında ABŞ və Uels yığmaları arasında B qrupunun ilk tur oyunu başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

22:18

Qətərdə keçirilən dünya çempionatının B qrupunun ilk turunda üz-üzə gələcək ABŞ və Uels yığmalarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar:

ABŞ: Mett Terner, Serjinyo Dest, Uoker Tsimmerman, Tayler Adams, Entoni Robinson, Yunus Musa, Ueston Makkenni, Kristian Pulişiç, Tim Rim, Timoti Vea, Co. Sarcent

Uels: Ueyn Hennessi, Kris Mefam, Co Rodon, Ben Devis, Konnor Roberts, Itan Ampadu, Aaron Remzi, Harri Uilson, Neko Uillyams, Denie Ceyms, Qaret Beyl

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi