Azərbaycan əsilli futbolçu İrandakı vəziyyətə görə DÇ-2022-yə getməyəcək

Azərbaycan əsilli futbolçu İrandakı vəziyyətə görə DÇ-2022-yə getməyəcək Yaxınlarını itirən ailələrə başsağlığı verirəm
Dünya Çempionatı - 2022
15 Noyabr , 2022 10:00
Azərbaycan əsilli futbolçu İrandakı vəziyyətə görə DÇ-2022-yə getməyəcək

İran millisinin Azərbaycan əsilli sabiq futbolçusu Əli Daei dünya çempionatı üçün Qətərə getməyəcək.

"Report"un məlumatına görə, 53 yaşlı veteran hücumçu bu barədə şəxsi instaqram hesabında bildirib.

Sabiq forvard FIFA və Qətər Futbol Federasiyasının rəsmi dəvətini geri çevirdiyini yazıb: "Çoxumuzun özünü yaxşı hiss etmədiyi bu günlərdə ölkəmdə sizinlə birlikdə olmaq üçün həyat yoldaşım və qızlarımla mundialda iştiraka yox dedim. Yaxınlarını itirən ailələrə başsağlığı verirəm. İran və iranlılar üçün aydınlıq günlər ümidi ilə".

Niderland yığmasının əfsanəvi futbolçusu Klarens Zeedorf da həmin paylaşıma rəy yazıb. O, Əli Daeini xalqının mənəvi lideri adlandırıb: "Cəsarətinizə, xeyirxahlığınıza və liderliyinizə heyranam. Ən qısa zamanda sülh arzulayıram. Sizi, ailənizi və İrandakı bütün bacı-qardaşları çox sevirəm".

Daha əvvəl Əli Daei barəsində ölüm hökmü çıxarıldığı bildirilib.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi