“Biz Türk Dövlətləri Təşkilatı (TDT) səviyyəsində verilən qərarlarının həyata keçirilməsində yaxından, fəal iştirak etmək əzmindəyik”.
“Report”un məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə TDT-yə üzv ölkələrin müsəlman dini liderlərinin Bakıda keçirilən 3-cü görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı tarixi qərarlar qəbul edir, Türk dünyasının 2040-cı il Vizyonunu qurur, türk mədəniyyətinin ortaq dəyərlərinin dünya çapında daha fəal tanıdılması istiqamətində böyük işlər aparır:
“Məhz dövlət rəhbərlərimizin dəyərli səyləri biz dini liderlərin mənəvi birliyinin təşkilati baxımdan gerçəkləşməsinə təkan verdi. Biz Türk Dövlətləri Təşkilatı səviyyəsində verilən qərarlarının həyata keçirilməsində yaxından, fəal iştirak etmək əzmindəyik. Qurumun Müsəlman Dini İdarə Rəhbərlərinin Şurasının yaradılmasına, Bakıda və Şuşada üçüncü görüşünün təşkilinə göstərdiyi dəstəyə görə Baş katib Bağdad Əmrayevə təşəkkür edirəm”.