Sədr müavini: "Azərbaycan Xalq Cümhuriyyətinin müəyyənləşdirdiyi hədəflər çox böyük tarixi əhəmiyyətə malikdir"

Sədr müavini: "Azərbaycan Xalq Cümhuriyyətinin müəyyənləşdirdiyi hədəflər çox böyük tarixi əhəmiyyətə malikdir" Bakı. 22 noyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti - 100: dövlət-din münasibətləri və varislik ənənələri” mövzusunda konfrans keçirilib.
Din
22 Noyabr , 2018 12:25
Sədr müavini: Azərbaycan Xalq Cümhuriyyətinin müəyyənləşdirdiyi hədəflər çox böyük tarixi əhəmiyyətə malikdir
Report/Elchin Murad
0 : 00
0 : 00

Bakı. 22 noyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti - 100: dövlət-din münasibətləri və varislik ənənələri” mövzusunda konfrans keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Prezident yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və AMEA-nın Tarix İnstitutunun rəsmiləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik tarixindəki rolu, xalqımız üçün qoyduğu tarixi mirasın önəmi və həmin dövrdəki dövlət-din münasibətləri barədə danışıb. 

O bildirib ki, AXC-nin gördüyü işlər və müəyyənləşdirdiyi hədəflər çox böyük tarixi əhəmiyyətə malikdir: "Xalq Cümhuriyyətinin mövcudluğunun ilk günlərindən ərazisində yaşayan bütün vətəndaşlara eyni hüquq və azadlıqlar verilib, irqi, milli, dini bərabərsizlik tamamilə aradan qaldırılıb. Hökumət tərəfindən din siyasətini həyata keçirmək məqsədilə Dini Etiqad Nazirliyi yaradılıb, dini təhsil təkmilləşdirilib, din xadimlərinə qayğı, qeyri-müsəlman dinlərə fəaliyyət göstərmələri üçün şərait yaradılıb. Çox qısa ömür sürməsinə baxmayaraq, AXC-nin əsasını qoyduğu ideyalar Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyev tərəfindən reallığa çevrilib". 

G.İsmayılov deyib ki, ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev bu şanlı tarixə böyük diqqət və qayğı göstərir: "Bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinin dövlətçilik ənənələrimizə sahib çıxmaq və onu gələcək nəsillərə ötürmək baxımından təqdirəlayiq addımdır".

Daha sonra DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov təqdimatla çıxış edib.

Ardınca digər çıxışçıların məruzələri dinlənilib.

Konfrans Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlətlə dindar kontingent arasında münasibətlərin yüksək səviyyədə nizamlanması, xalqımızın vicdan azadlığının təmin edilməsi və milli-mənəvi dəyərlərinin qorunması məqsədilə atılan mütərəqqi addımlar, eyni zamanda hazırda bu ənənələrin uğurla davam etdirilməsi barədə fikir mübadiləsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi