"Ermənilər Qarabağdakı alban kilsələrini vandalizmə məruz qoyublar".
"Report" xəbər verir ki, bunu Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Heydər Əliyev siyasəti: tolerantlıq" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, ermənilər Qarabağdakı mədəni irsin guya erməni mədəni irsi və alban kilsələrinin də erməni kilsələri olduğunu iddia edirlər: "Həmin mədəni irs alban mədəni irsidir. Oradakı məbədlər, mədəni irs, alban kilsələri saxtalaşdırılıb. Gördüklərimdən dəhşətə gəldim. Həmin kilsələr vandalizmə məruz qalıblar".
R.Mobili bildirib ki, bu gün 30 il işğalda qalan Azərbaycan torpaqları inkişaf edir: "Qarabağda ermənilər 30 il işğal etdikləri ərazidə heç bir infrastruktur işi görməyiblər. Amma indi azad olunan ərazilər necə gözəlləşib, bərpa edilib. Deməli, bu torpaqlar bizimdir".