“Qeyri-hökumət təşkilatları və dini icmalar: birgə fəaliyyətin təşkili” mövzusunda konfrans keçirilib

“Qeyri-hökumət təşkilatları və dini icmalar: birgə fəaliyyətin təşkili” mövzusunda konfrans keçirilib Bakı. 30 avqust. REPORT.AZ/ Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə “Qeyri-Hökumət Təşkilatları və dini icmalar: birgə fəaliyyətin təşkili” mövzusunda konfrans keçirilib.
Din
30 Avqust , 2018 12:15
“Qeyri-hökumət təşkilatları və dini icmalar: birgə fəaliyyətin təşkili” mövzusunda konfrans keçirilib
0 : 00
0 : 00

Bakı. 30 avqust. REPORT.AZ/ Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə “Qeyri-Hökumət Təşkilatları və dini icmalar: birgə fəaliyyətin təşkili” mövzusunda konfrans keçirilib.

"Report" xəbər verir ki, konfransda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ), dini konfessiyaların rəhbər və nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən M.Qurbanlı bildirib ki, Azərbaycanda İslam dəyərlərinin təbliğində dini maarifçiliyə geniş yer ayrılır.

O qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə milli-mənəvi dəyərlərin qorunması önəmli yerlərdən birini tutur: "Bu dəyərləri qorumaq üçün dini maarifləndirməyə də xüsusi diqqət yetirilməlidir".

Azay Quliyev isə deyib ki, gənclərin radikalizmdən uzaqlaşdırılması, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində vətəndaş cəmiyyəti institutları ilə birgə müxtəlif layihələrin reallaşdırılması vacibdir.

Tədbir iştirakşıları dini maarifləndirmə işinin artırılmasının, cəmiyyətdə radikallığa şərait yaradan halların aradan qaldırılması istiqamətində hamının səfərbər olmasının, mövcud dini sabitliyi və dini dəyərləri qoruyub saxlamağın əhəmiyyətini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi