Mübariz Qurbanlı: “Gürcüstanda İlahiyyat İnstitutuna aid mədrəsənin açılması məqsədəuyğun olardı”

Mübariz Qurbanlı: “Gürcüstanda İlahiyyat İnstitutuna aid mədrəsənin açılması məqsədəuyğun olardı” “Gürcüstanda Azərbaycan İlahiyyat İnstitutuna aid mədrəsənin açılmağı məqsədəuyğun olardı. Çünki ən vacib məsələlərdən biri kadr məsələsidir".
Din
26 Sentyabr , 2023 10:55
Mübariz Qurbanlı: “Gürcüstanda İlahiyyat İnstitutuna aid mədrəsənin açılması məqsədəuyğun olardı”

“Gürcüstanda Azərbaycan İlahiyyat İnstitutuna aid mədrəsənin açılmağı məqsədəuyğun olardı. Çünki ən vacib məsələlərdən biri kadr məsələsidir".

Bu fikirləri "Report"un Gürcüstan bürosuna açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQDK) sədri Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, məsciddə çalışan imamın hansı yerdə təhsil alması çox vacibdir: "Azərbaycan dünyəvi dövlətdir və Azərbaycan İlahiyyat İnstitutunun hazırladığı kadrlar dünyəvi xarakterli prinsipləri mənimsəmiş kadrlardır. Onlar hər hansı bir məzhəbin üstünlüyünü öz xütbə və moizələrində təşviq etmirlər".

Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan İlahiyyat İnstitutunda hazırlanan kadrların gələcəkdə Gürcüstanda fəaliyyət göstərməsi soydaşlarımız arasında radikal, ekstremist, eyni zamanda məzhəbçi təbliğatın qarşısının alınmasına xidmət edəcək.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir.

Son xəbərlər

Orphus sistemi