Milix Yevdayev: "Biz başqa torpaqlara göz dikməmişik, öz torpaqlarımızı azad etmişik"

Milix Yevdayev: "Biz başqa torpaqlara göz dikməmişik, öz torpaqlarımızı azad etmişik" "Biz başqa torpaqlara göz dikməmişik, öz torpaqlarımızı azad etmişik".
Din
15 Noyabr , 2023 12:13
Milix Yevdayev: Biz başqa torpaqlara göz dikməmişik, öz torpaqlarımızı azad etmişik

"Biz başqa torpaqlara göz dikməmişik, öz torpaqlarımızı azad etmişik".

"Report" xəbər verir ki, bunu Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən "Heydər Əliyev siyasəti: tolerantlıq" mövzusunda baş tutan konfransda deyib.

O bildirib ki, heç bir səmavi dində təcavüzə yol verilmir: "Əgər bir xalq başqa bir xalqın torpaqlarını işğal edirsə, həmin xalqın hərb yolu ilə o torpaqları azad etməyinə din də imkan verir. Biz başqa torpaqlara göz dikməmişik, biz öz torpaqlarımızı azad etmişik. İkili standartlar isə həmişə bunun əleyhinədir".

M.Yevdayev qeyd edib ki, Azərbaycan xalqı həmişə müxtəlif dini icma nümayəndələrini qoruyub: "Azərbaycan xalqı bizi bütün əsrlər boyu qoruyub. Biz də qədimdən bu yana bu ölkənin sevincinə sevinmişik, kədərinə üzülmüşük. Hüququmuz, hörmətimiz, hər məclisdə söhbətimiz, ana yurda borcumuz bərabərdir".

Son xəbərlər

Orphus sistemi