“Azərbaycandakı dini durum əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb. Qanunvericiliyə əsasən, xarici ölkə vətəndaşlarına dini təbliğ etmək qadağandır. Bu baxımdan dini icmaların fəaliyyətinə nəzarət kifayət qədər güclüdür. Artıq evləri gəzərək insanları müəyyən dini cərəyanlara cəlb edən dini sektalar mövcud deyil”.
“Report” xəbər verir ki, bunu
S.Heydərov bildirib ki, ölkədə bütün dini icmalara bərabər münasibət bəslənilir: “Demək olar ki, qanun pozuntusuna az hallarda rast gəlirik. Əksər dini icmalar qanunun tələblərinə riayət edirlər. Azərbaycanda dini icmaların gizli fəaliyyəti qeydə alınmayıb. Əvvəllər əsas narahatlığımız qeyri-islami dini cərəyanlarla bağlı idi. Onlar müəyyən sektalara bölünərək qanunları pozurdular. Bu sektalar da ölkəmizi istəməyən qüvvələrin əlində alət idilər. Artıq bizim əvvəllər sekta formasında fəaliyyət göstərən icmalarla əməkdaşlığımız mövcuddur. Onlar da belə hərəkətlərdən uzaq olmağa çalışırlar”.