İstanbulda “Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” adlı beynəlxalq konfrans keçirilib

İstanbulda “Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” adlı beynəlxalq konfrans keçirilib Tədbirdə ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrail Dövlətinin paytaxtı kimi tanımasının beynəlxalq hüquq normalarına zidd olduğu vurğulanıb
Din
29 Yanvar , 2018 13:38
İstanbulda “Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” adlı beynəlxalq konfrans keçirilib
Report

İstanbul. 29 yanvar. REPORT.AZ/ İstanbul şəhərində “Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” adlı beynəlxalq konfrans keçirilib. 

"Report"un Türkiyə bürosu xəbər verir ki, tədbirdə Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Bekir Bozdağ, Türkiyənin diyanət işləri başkanı, pr.dr. Ali Erbaş, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə, İraq, Fələstin, Pakistan, Hindistan, Özbəkistan, İndoneziya və s. müsəlman ölkələrinin dini liderləri, siyasətçilər, elm adamları iştirak ediblər. 

Türkiyənin təşəbbüsü ilə keçirilən konfrans işə "Qurani-Kərim"dən ayələrin oxunması ilə başlayıb. Daha sonra Qüds şəhərinin zəngin keçmişindən, qədim tarixindən bəhs edən film nümayiş olunub. 

Tədbirdə Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Bekir Bozdağ, Türkiyənin diyanət işləri başkanı, pr.dr. Ali Erbaş, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə və digər qonaqlar çıxış ediblər. 

Konfransda ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrail Dövlətinin paytaxtı kimi tanımasının beynəlxalq hüquq normalarına zidd olduğu və problemin tezliklə həllini tapmasının vacibliyi vurğulanıb.

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi