Hindistanın bir sıra müsəlman ölkələrindəki səfirlərinə Məhəmməd Peyğəmbərin təhqir olunması ilə bağlı notalar verilib.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Səfir bildirib ki, BJP nümayəndəsinin ifadə etdiyi mövqe bütün dinlərə böyük hörmətlə yanaşan Hindistan hökumətinin fikrini əks etdirmir. Bundan əlavə, onun sözlərinə görə, Şarma dövlət qulluqçusu deyil, sadəcə partiyada vəzifə tutub. Qalmaqal yarandıqdan sonra o, işdən qovulub.
Hindistanın NDTV telekanalının məlumatına görə, BJP rəhbərliyi Şarmanı partiya üzvlüyündən çıxarıb.
Qətər və Küveyt tərəfindən də Hindistan səfirlərinə etiraz notaları təqdim edilib, eyni zamanda Pakistan, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) da daxil olmaqla bir sıra digər müsəlman ölkələri və təşkilatları BJP nümayəndəsinin bəyanatlarını pisləyib.