Gəncədə pravoslavlar Milad bayramını qeyd edib - YENİLƏNİB

Gəncədə pravoslavlar Milad bayramını qeyd edib - YENİLƏNİB Gəncədə xristian dinindən olan sakinlər Milad bayramını qeyd edir.
Din
7 Yanvar , 2025 12:48
Gəncədə pravoslavlar Milad bayramını qeyd edib - YENİLƏNİB

Gəncədə pravoslavlar Milad bayramını qeyd edib.

"Report"un Qərb bürosunun məlumatına görə, əvvəlcə Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində Prezident İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxunub.

Daha sonra Həzrəti İsanın mövludu ilə bağlı ayinlər icra edilib.

Pravoslavlar kilsədə şamlar yandıraraq sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, xaç suyu içiblər.

Qeyd edək ki, xristian aləminin ən əlamətdar və təntənəli bayramlarından sayılan Milad ənənəyə görə, yanvarın 6-dan 7-nə keçən gecə İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır.

10:04

Gəncədə pravoslavlar Milad bayramını qeyd edir.

"Report"un Qərb bürosunun məlumatına görə, Milad bayramı Gəncə şəhərində Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində keçirilir.

Qeyd edək ki, xristian aləminin ən əlamətdar və təntənəli mərasimlərindən sayılan Milad bayramı ənənəyə görə İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur.

Son xəbərlər

Orphus sistemi