"Report" xəbər verir ki, M.Qurbanlı jurnalistlərə açıqlamasında şəhidlik zirvəsində hər bir şəhidin öz yerinin olduğunu qeyd edib.
Dövlət Komitəsinin sədri bildirib ki, şəhidləri bir-biri ilə müqayisə edib fərqləndirmək doğru deyil: "Çünki şəhidlik bir ad altındadır və İslamda ayrılmırlar. Məscidlərdə Aşura günü zamanı Qarabağ şəhidləri və digər şəhidləri yad edirlərsə bu tamamilə doğrudur. Çünki bu dinlə ziddiyyət təşkil etmir".
"Qafqaz Müsəlmanları İdarəsinin bu ilki fətvasında xüsusilə qeyd olunur ki, İmam Hüseyn əzadarlığı zamanı Kərbəla hadisələrini izah edərkən xütbələrində Qarabağ şəhidləri də yad edilsin. Bu həm dinimiz, həm də QMİ-nin fətvasında var. Kimsə bunu anlamırsa, şəhidlərimizin şəkillərinin orada vurulmasını qəbul etmirsə ona sual vermək lazımdır ki, sən öz şəhidinə bu cür yanaşırsansa, onda İmam Hüseyn şəhadətinə yanaşman da doğru olmaz. Ona görə də bu cür yanaşma yalnışdır",- o əlavə edib.