Dövlət Komitəsinin sədri Beynəlxalq Hüquq və Din Simpoziumunda iştirak edəcək

Dövlət Komitəsinin sədri Beynəlxalq Hüquq və Din Simpoziumunda iştirak edəcək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 3-dən 9-dək Briqam Yanq Universitetinin Beynəlxalq Hüquq və Din Araşdırmaları Mərkəzi və Stirlinq Fondunun birgə təşkilatçılığı ilə ABŞ-nin Provo şəhərində keçiriləcək “Dini etiqad
Din
2 Oktyabr , 2024 10:25
Dövlət Komitəsinin sədri Beynəlxalq Hüquq və Din Simpoziumunda iştirak edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 3-dən 9-dək Briqam Yanq Universitetinin Beynəlxalq Hüquq və Din Araşdırmaları Mərkəzi və Stirlinq Fondunun birgə təşkilatçılığı ilə ABŞ-nin Provo şəhərində keçiriləcək “Dini etiqad azadlığı sülh quruculuğunda vasitədir” mövzusunda 31-ci Beynəlxalq Hüquq və Din Simpoziumunda iştirak edəcək.

Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

Simpozium çərçivəsində Ramin Məmmədov 3-4 oktyabr tarixlərində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nəzdində fəaliyyət göstərən Stirlinq Fondu tərəfindən hökumət nümayəndələri, elmi-tədqiqat institutlarının ekspertləri, dini icmaların və vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərləri üçün təşkil olunacaq tədbirə də qatılacaq.

Oktyabrın 9-da isə İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nəzdində fəaliyyət göstərən Stirlinq Fondunun rəhbərliyi ilə görüş keçirəcək.

Son xəbərlər

Orphus sistemi