Dövlət Komitəsinin kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Dövlət Komitəsinin kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi Dövlət Komitəsinin 20 illiyi ilə bağlı Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib.
Din
21 İyun , 2021 11:03
Dövlət Komitəsinin kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi Dövlət Komitəsinin 20 illiyi ilə bağlı Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib.

"Report" xəbər verir ki, kollektiv Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

Komitənin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib ki, 20 il ərzində ölkədə dini maarifləndirmə sahəsində ciddi təbliğat işləri aparılıb: "Görülən işlər nəticəsində Azərbaycanın dövlət-din modeli dünyaya örnək kimi təqdim edilib. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Azərbaycanın dövlət-din modelinin təşviq və təbliği ilə bağlı beynəlxalq konfranslarda mütəmadi iştirak etmişik”.

M.Qurbanlı Azərbaycanın müzəffər ordusunun Vətən müharibəsində qazandığı şanlı qələbəsi ilə torpaqlarımızın işğaldan azad olunduğunu xatırladaraq deyib: “Vətən müharibəsi dövründə ermənilərin bu müharibəni dini müstəviyə daşımaq cəhdlərinin qarşısı alınıb. Bu istiqamətdə Komitəmiz, eləcə də ölkədəki dini konfensiyalar geniş fəaliyyət göstəriblər. Ölkə başçımız tərəfindən Komitəmizin işçiləri təltif olunub, bu da bizə və fəaliyyətimizə verilən dəyərdir. Ölkə başçısına dərin təşəkkürlərimizi bildiririk”.

Sonra Şəhidlər xiyabanına gedən Komitənin kollektivi ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanları ehtiramla yad ediblər, məzarları üzərinə gül düzüblər.

Son xəbərlər

Orphus sistemi