Dövlət Komitəsi də “Qaynar xətt" yaratdı

Dövlət Komitəsi də “Qaynar xətt" yaratdı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Qaynar xətt yaradılıb.
Din
28 Fevral , 2020 17:00
Dövlət Komitəsi də “Qaynar xətt yaratdı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Qaynar xətt" yaradılıb.

Komitədən “Report”a verilən məlumata görə, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili, əhaliyə göstərilən xidmətlərin effektivliyinin artırılması, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aid olan məsələlərə operativ baxılması məqsədilə Komitənin (012) 437-31-15 saylı "Qaynar xətt”i, həmçinin DQİDK-nın tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun dini etiqad sahəsində maarifləndirmə işinin gücləndirilməsi bağlı (012) 1845 nömrəli “Dini sorğu xidməti” fəaliyyət göstərir.

Məlumatda qeyd edilib ki, vətəndaşlar tərəfindən "Qaynar xətt” vasitəsilə Komitəyə daxil olan bütün zənglərin, sorğu və müraciətlərin qəbulu və icrası müvafiq qaydada həyata keçirilir.

Daxil olan şikayət və təkliflər Komitənin aidiyyəti struktur bölmələri tərəfindən operativ araşdırılaraq müvafiq qərar qəbul edilir, həmçinin belə halların qarşısının alınması məqsədilə lazımi tədbirlər görülür.

"Qaynar xətt” qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş günlərində fasiləsiz olaraq saat 9:00-dan 18:00-dək zəngləri qəbul edir.

Saat 18:00-dan sonra isə vətəndaşlar (012) 492-58-29 saylı nömrə ilə əlaqə saxlaya bilərlər.

Son xəbərlər

Orphus sistemi