Dini Komitənin sədri: İdeoloji mübarizədə Azərbaycan modelinə yönələn təhdidlər mövcuddur

Dini Komitənin sədri: İdeoloji mübarizədə Azərbaycan modelinə yönələn təhdidlər mövcuddur İdeoloji mübarizədə Azərbaycan modelinə yönələn təhdidlər mövcuddur.
Din
24 Sentyabr , 2024 13:26
Dini Komitənin sədri: İdeoloji mübarizədə Azərbaycan modelinə yönələn təhdidlər mövcuddur
Ramin Məmmədov

İdeoloji mübarizədə Azərbaycan modelinə yönələn təhdidlər mövcuddur.

"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şuşa şəhərində keçirilən "İdeoloji mübarizədə din amili: mediadan gözləntilər" mövzusunda seminarın bağlanış nitqində vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan modeli əsrlər boyu formalaşan multikulturalizm və dinlərarası dialoq modelidir:

"Bu təhdidlərə media nümayəndələri və cəmiyyət cavab vermək iqtidarındadır. Amma bu prosesi təkmilləşdirməyə ehtiyac var. Dövlətin siyasəti bu sahədə çox sadədir. Dinimizi də sadə və rahatlıqla qəbul etsək, dini radikalizm yaranmaz. Biz din xadimləri üçün də seminar keçirəcəyik və onların media ilə əlaqələrinin sıxlaşmasına çalışacağıq".

Son xəbərlər

Orphus sistemi