Dini Komitənin sədr müavini: Azərbaycanda dinlər arasında harmoniya yüksək səviyyədədir

Dini Komitənin sədr müavini: Azərbaycanda dinlər arasında harmoniya yüksək səviyyədədir Bu gün Azərbaycanda dinlər arasında harmoniya yüksək səviyyədədir.
Din
10 İyun , 2024 12:21
Dini Komitənin sədr müavini: Azərbaycanda dinlər arasında harmoniya yüksək səviyyədədir

Bu gün Azərbaycanda dinlər arasında harmoniya yüksək səviyyədədir.

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov iyunun 10-da Bakıda "Qlobal sülh: elm və dinin harmoniyası konteksində" mövzusunda keçirilən elmi-praktiki konfransda deyib.

Onun sözlərinə görə, bu harmoniya günü-gündən artır:

"Biz İkinci Qarabağ müharibəsində də bunun əyani şahidi olduq. Biz bu harmoniyanı dünyaya ixrac etməliyik. Bu gün Azərbaycandakı bütün dinlər arasında harmoniyanın olmasına və hər gün güclənməsinə çalışırıq. Bu, dövlətimizin siyasətidir".

Sədr müavini həmçinin bildirib ki, dünyanın nizamsızlığa doğru yön alması hər kəsi düşündürməlidir:

"Sivilizasiyalar bir-birinə dəstək verməlidir. Xəstə dünyamızı sağaltmaq üçün "yol xəritəsi" hazırlamalıyıq".

Son xəbərlər

Orphus sistemi