​Çeçenistanda dünyanın ən böyük məscidlərindən biri tikilir

​Çeçenistanda dünyanın ən böyük məscidlərindən biri tikilir Məscidin tavanı 36 m, minarələri isə 64 m hündürlüyündədir
Din
15 May , 2015 13:32
​Çeçenistanda dünyanın ən böyük məscidlərindən biri tikilir

Bakı. 15 may. REPORT.AZ/ Çeçenistanda 20 min insan tutumu olan məscid tikilir. "Report" "TASS"a istinadən xəbər verir ki, məscid açıldıqdan sonra dünyada ən böyük məscidlərdən biri olacaq.  

"Şali şəhərində dünyanın ən böyük məscidlərindən biri inşa olunur. Bu gün mən tikinti sahəsində oldum. Günbəzin bağlanma işləri başa çatır. Məscid 20 mindən artıq insan tutacaq", - Çeçenistan prezidenti Ramzan Kadırov bildirib. 

O, həmçinin qeyd edib ki, məscidin tavanı 36 m, minarələri isə 64 m hündürlükdədir.

2008-ci il oktyabr ayında Qroznıda respublikanın əsas məscidi "Çeçenistanın qəlbi" məscidinin açılışı olub. O, keçmiş prezident Əhməd Hacı Kadırovun adını daşıyır. Məscid 10 min insan üçün nəzərdə tutulub və Avropada ən böyük məscidlərdən biri hesab olunur. 

Son xəbərlər

Orphus sistemi