Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə elan edib.
Dövlət Komitəsindən "Report"a bildirilib ki, həmin ibadət yerləri aşağıdakılardır:
1. Səbail rayonu İçərişəhər "Cümə" məscidi - imam müavini
2. Binəqədi rayonu "Heydər" məscidi - qadın dini ayinlərin icraçısı
3. Nərimanov rayonu "Cümə" məscidi - imam müavini
4. Nəsimi rayonu "Hacı Əjdərbəy" məscidi - qadın dini ayinlərin icraçısı
5. Nəsimi rayonu "Məşədi Dadaş" məscidi - imam müavini
6. Yasamal rayonu "Təzəpir" məscidi - qadın dini ayinlərin icraçısı
7. Qaradağ rayonu Lökbatan qəsəbəsi "Rəsulullah" məscidi - imam müavini
8. Qaradağ rayonu Qobustan qəsəbəsi "Şamlı" məscidi - imam müavini
9. Şəmkir şəhəri "Cümə" məscidi - imam
10. Şəmkir şəhəri Çinarlı qəsəbəsi "Hacı Xədicə" məscidi - imam müavini
11. Şirvan şəhəri "Zeynalabidin" məscidi - imam
12. Bərdə şəhəri "Cümə" məscidi - qadın dini ayinlərin icraçısı
13. Lənkəran şəhəri Böyük Bazar "Cümə" məscidi - qadın dini ayinlərin icraçısı
14. Astara rayonu Kijəbə qəsəbəsi "Lovayın" məscidi - imam müavini
15. Quba rayonu Zərdabi qəsəbə məscidi - imam müavini
16. Xaçmaz şəhəri "Təzə şəhər" məscidi - imam müavini
17. İmişli şəhəri "Cümə" məscidi - imam
18. Gəncə şəhəri "Şah Abbas" məscidi - qadın dini ayinlərin icraçısı
19. Gədəbəy rayonu Yeni yaşayış massivi "İlyas Həsənoğlu" məscidi - imam müavini