Azərbaycan Prezidenti: “İslam həmrəyliyi bizim üçün sadəcə şüar deyil, əsas istiqamətlərdən biridir”

Azərbaycan Prezidenti: “İslam həmrəyliyi bizim üçün sadəcə şüar deyil, əsas istiqamətlərdən biridir” “Azərbaycan bütün müsəlman aləmində birliyin, həmrəyliyin təmin olunmasına çalışır”
Din
21 Dekabr , 2017 14:25
Azərbaycan Prezidenti: “İslam həmrəyliyi bizim üçün sadəcə şüar deyil, əsas istiqamətlərdən biridir”

Bakı. 21 dekabr. REPORT.AZ/ “Biz fəxr edirik ki, islam dünyasının ən qədim məscidlərindən biri ölkəmizdə yerləşən, bir neçə il bundan əvvəl bərpa edilən Şamaxı Cümə Məscididir. Azərbaycan beynəlxalq aləmdə müsəlman ölkələri ilə çox yaxın münasibətlər qurur, ikitərəfli və çoxtərəfli qaydada, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində münasibətlər möhkəmlənib”.

“Report”un xəbərinə görə, bunu Bakıda, Heydər Əliyev Mərkəzində “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan bütün müsəlman aləmində birliyin, həmrəyliyin təmin olunmasına çalışır və bu istiqamətdə önəmli addımlar atır: “İslam həmrəyliyi bizim üçün sadəcə şüar deyil, əsas istiqamətlərdən biridir. Bunu gördüyümüz işlər də təsdiq edir”.

Son xəbərlər

Orphus sistemi