Azərbaycan Din Xadimləri Forumunun iştirakçıları vəhdət namazı qılıblar

Azərbaycan Din Xadimləri Forumunun iştirakçıları vəhdət namazı qılıblar Azərbaycan Din Xadimləri Forumunun iştirakçıları vəhdət namazı qılıblar.
Din
22 Dekabr , 2024 17:44
Azərbaycan Din Xadimləri Forumunun iştirakçıları vəhdət namazı qılıblar

Azərbaycan Din Xadimləri Forumunun iştirakçıları vəhdət namazı qılıblar.

"Report" xəbər verir ki, din xadimləri forumdan öncə Fəxri xiyabanı ziyarət ediblər.

Heydər Əliyevin məzarı önünə forum iştirakçıları adından əklil qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.

Forum iştirakçıları, həmçinin Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olublar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecinin yaradılması və fəaliyyəti barədə din xadimlərinə məlumat verib.

Sonra Heydər Məscidində vəhdət namazı qılınıb.

Namazda iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin Zaqatala rayonu üzrə bölgə qazısı Malik Bilalov "Report"a açıqlamasında söyləyib ki, vəhdət namazı cəmiyyətin birlik və bərabərliyi üçün çox önəmli bir namazdır:

"İndi dünyada məzhəblər arasındakı fərqliliklərin süni şəkildə qabardıldığı dövrdə ölkəmizdə sünni və şiələrin vəhdət şəkildə eyni məkanda namaz qılması dünyaya bir sülh ismarışıdır. Bu, həm də məzhəblər arasında olan fərqlilikləri görməyərək, onları birləşdirən dəyərlər ətrafında bir araya gəlməkdir.

Azərbaycanda daim tolerantlıq və multikulturalizm ənənələri olub. Biz zaman-zaman müxtəlif məzhəblərin eyni məsciddə namaz qılmasını və yaxud da sovet dövründə məzhəb birliyini görmüşük. Bu gün eyni məsciddə namaz qılmağımız tolerantlığın pik nöqtəsidir".

O vurğulayıb ki, sabah keçiriləcək forumda da təcrübə və ənənələrdən söhbət açılacaq:

"Bu, din xadimləri üçün çox önəmli bir forumdur, çünki orada biz müxtəlif təcrübələr qazanacaq və ənənənin nədən ibarət olduğunu biləcəyik. Din xadimləri getdikləri hər yerdə Azərbaycanın gələcəyi üçün birlik və bərabərlik uğrunda öz təcrübələrini bölüşəcəklər".

Qeyd edək ki, dekabrın 23-də keçiriləcək forum “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusuna həsr edilib.

FOTO: Məhəmməd Ağayev

Son xəbərlər

Orphus sistemi