Allahşükür Paşazadə: "Gürcüstan Patriarxı hər zaman Azərbaycanın yanında - haqqın tərəfində olub"

Allahşükür Paşazadə: "Gürcüstan Patriarxı hər zaman Azərbaycanın yanında - haqqın tərəfində olub" "Azərbaycan və Gürcüstan arasında münasibətlər bütün dünya üçün örnəkdir".
Din
21 İyul , 2022 13:58
Allahşükür Paşazadə: Gürcüstan Patriarxı hər zaman Azərbaycanın yanında - haqqın tərəfində olub

"Azərbaycan və Gürcüstan arasında münasibətlər bütün dünya üçün örnəkdir".

“Report”un yerli bürosu xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstan Patriarxı II İlya ilə görüşdə deyib.

Patriarxla görüşdən böyük məmnunluq ifadə edən QMİ sədrinin sözlərinə görə, ölkələr arasında siyasi, dini, iqtisadi əlaqələr yüksək səviyyədə inkişaf edir.

O bildirib ki, Azərbaycan və Gürcüstanın ali dini rəhbərləri tərəfindən həm sovet dönəmində, həm də müstəqillik illərində Qafqazın bütövlüyü, xalqların rifahı üçün böyük işlər görülüb: "Azərbaycan Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi kimi, Gürcüstan da Azərbaycanın seuverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Ümidvaram ki, bundan sonra da birgə hələ çox işlər görəcəyik. Siz Qafqazın ağsaqqalı kimi həmişə Azərbaycanın yanında olmusunuz. Çünki haqqın tərəfində olmusunuz. Allah-Təaladan sizə uzun ömür və cansağlığı arzulayıram".

Şeyxülislam A.Paşazadə II İlyaya Azərbaycan Prezidenti İlham Əliyev, Birinci Vitse-prezident Mehriban Əliyevanın salamlarını çatdırıb: "Azərbaycan xalqının da salamlarını sizə çatdırmaq istəyirəm. Xalqımız sizə böyük ehtiramla yanaşır və sizin varlığınıza dua edir".

QMİ sədri Gürcüstan Patriarxının Azərbaycana səfər edə biləcəyinə ümidvarlıq ifadə edib.

Son xəbərlər

Orphus sistemi