Yuxarı
    Bağlamaq

    Siyavuş Novruzov: “Neft və digər təbii sərvətlərə görə ölkələrin başına ağır hadisələr gətirilir”

    “İslam Həmrəyliyi Oyunlarının simvolu olaraq su götürülüb və bu su İslam ölkələrindəki alovun söndürülməsində mühüm rol oynayacaq”© Report.az

    Bakı. 12 aprel. REPORT.AZ/ “Bu gün neft və digər təbii sərvətlərə görə ölkələrin başına ağır hadisələr gətirilir. Bu cür addım atanlar insan hüquqularını kənara qoyur, maddi maraqlara üstünlük verərək bu addımları atırlar”.

    “Report” xəbər verir ki, bunu Milli Məclisn İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Bakıda "İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.  

    O bildirib ki, artıq həmin ölkələrdə dövlət siyasəti belə hadisələr fonunda formalaşır: “Belə bir dövrdə Azərbaycan kimi kiçik dövlət böyük addım ataraq İslam həmrəyliyi elan edib. Bu missiyanı Azərbaycan Prezidenti İlham Əliyev öz üzərinə götürdü. Prezident qeyd etdi ki, İslam Həmrəyliyi Oyunlarında bir sıra İslam ölkələrinin idmançıları bir-birilərinin əlini sıxacaqlar. İslam ölkələrinin rəhbərləri də öz maddi maraqlarını kənara qoyub bir-birlərinin əlini sıxmalıdırlar. Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının simvolu olaraq su götürülüb. Bunun böyük mənası var. Su İslam ölkələrindəki alovun söndürülməsi üçün mühüm rol oynayacaq”. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi