Salyanda məktəbdə tüstüdən zəhərlənənlər xəstəxanadan evə buraxılıb - YENİLƏNİB-5

Sağlamlıq
  • 05 dekabr, 2025
  • 18:07
Salyanda məktəbdə tüstüdən zəhərlənənlər xəstəxanadan evə buraxılıb - YENİLƏNİB-5

Salyanın Aşağı Noxudlu kəndində məktəbdə tüstüdən zəhərlənənlər xəstəxanadan evə buraxılıb.

"Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib.

Qeyd olunub ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəhbərliyi, yerli təhsil sektorunun əməkdaşları xəstəxanaya aparılan şagirdlərə və məktəbin texniki işçilərinə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb.

Gün ərzində tüstüdən zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edənlərin hər biri artıq evə buraxılıb, vəziyyətləri stabildir. Bildirilib ki, hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır.

Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin sayı 20 nəfərə çatıb.

"Report"un Aran bürosu xəbər verir ki, zəhərlənmə diaqnozu ilə daha iki nəfər xəstəxanaya gətirilib.

Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin sayı 18 nəfərə çatıb.

"Report"un Aran bürosu xəbər verir ki, zəhərlənmə diaqnozu ilə daha bir nəfər xəstəxanaya gətirilib.

Salyanda məktəbdə tüstüdən zəhərlənən şagirdlərin sayı 15 nəfərə çatıb.

Bu barədə "Report"un yerli bürosuna Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, Aşağı Noxudlu kənd məktəbində tüstüdən zəhərlənmə diaqnozu ilə daha dörd şagird Salyan Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

"Dekabrın 5-də Salyan Rayon Mərkəzi Xəstəxanasın 2-si texniki işçi olmaqla 17 nəfər (13 qadın, 4 kişi) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub. Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən 9 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 8 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir", - məlumatda vurğulanıb.

Faktla bağlı araşdırma aparılır.

Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbdə pelet sobasının tıxanması tüstülənməyə səbəb olub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər.

Tüstülənmə nəticəsində 10 şagird, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

Salyan Rayon Mərkəzi Xəstəxanasından isə "Report"un yerli bürosuna bildirilib ki, Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 13:48 radələrində Yuxarı Noxudli kənd məktəbində 11 şagird (4-ü oğlan, 7-si qız) və 2 nəfər texniki işçi tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Zəruri tibbi xidmət göstərildikdən sonra 8 nəfəri evə buraxılıb.

Salyan rayonunda məktəbdə kütləvi zəhərlənmə hadisəsi olub, 13 nəfər xəstəxanaya yerləşdirilib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə Aşağı Noxudlu kəndində yerləşən məktəbdə qeydə alınıb.

İlkin məlumata görə, 11 şagird və 2 xadimə odun sobasından çıxan tüstüdən zəhərlənmə şübhəsi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti