Azərbaycanda ilin ilk ayında 8 minə yaxın körpə doğulub

Daxili siyasət
  • 18 mart, 2026
  • 16:26
Azərbaycanda ilin ilk ayında 8 minə yaxın körpə doğulub

Azərbaycanda bu ilin yanvar ayında 7788 körpə doğulub.

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə göstərici azalaraq 9,9-dan 8,9-a düşüb.

Doğulan körpələrin 54,2 faizi oğlan, 45,8 faizi isə qız uşaqları olub. Körpələrin 286-sı əkiz doğulub.