İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB

Xarici siyasət
  • 06 aprel, 2026
  • 11:09
İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın paytaxtı Tbilisidə aprelin 6-da rəsmi qarşılanma mərasimi olub.

"Report"un Tbilisiyə ezam olunan əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın paytaxtı Tbilisidə rəsmi qarşılanma mərasimi keçirilir.

Bu barədə "Report"un Tbilisiyə ezam olunan əməkdaşı xəbər verir.