ANAMA əməkdaşı Füzulidə minaya düşərək həlak olub
Hadisə
- 14 aprel, 2026
- 12:01
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı aprelin 14-də Füzuli rayonunda baş verən mina hadisəsində həlak olub.
Bu barədə "Report"a ANAMA-dan məlumat verilib.
Bildirilib ki, hadisə rayonun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində baș verib.
Agentliyin əməkdaşı 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışında həlak olub.
Qeyd edək ki, bu hadisədə nəzərə alınmaqla İkinci Qarabağ müharibəsindən sonra ümumilikdə 422 mina hadisəsi baş verib ki, nəticədə 73 nəfər həlak olub, 349 nəfər xəsarət alıb.
Son xəbərlər
06:57
CNN: İranın raket komplekslərinin yarısı ABŞ-İsrail hücumlarından zərərsiz çıxıb
Region06:22
Yaponiya ASEAN ölkələrinə neft alışı üçün 10 mlrd dollar ayıracaq
Digər ölkələr05:46
ABŞ Silahlı Qüvvələri Sakit okeanda narkotik qaçaqmalçılığı gəmisinə zərbə endirib
Digər ölkələr05:12
Vens: ABŞ İrana nüvə silahından imtina müqabilində dünya iqtisadiyyatına inteqrasiya təklif edir
Digər ölkələr04:36
KİV: Avropa ABŞ-nin iştirakı olmadan Hörmüz boğazında "əməliyyat" planlaşdırır
Digər ölkələr04:08
İsrailin ABŞ-dəki səfiri Vaşinqtonda Livanla danışıqları uğurlu adlandırıb
Digər ölkələr03:53
ABŞ İran neftinin satışına icazə müddətini uzatmayacaq
Digər ölkələr03:21
Azərbaycan İcraiyyə Şurasının iclasında UNESCO-nun səmərəliliyinin artırılmasına çağırıb
Xarici siyasət02:49