Elçin Abdullayev: Azərbaycan Ordusu hazırda Cənubi Sudanda sülhməramlı missiya həyata keçirir
- 02 iyul, 2026
- 11:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Ordusu hazırda Cənubi Sudanda sülhməramlı missiya həyata keçirir.
"Report" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Elçin Abdullayev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Müdafiə Nazirliyinin birgə hazırladığı "Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat"ın təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, Azərbaycan Ordusu beynəlxalq sülhə, sabitliyə uzun illərdir töhfə verir:
"Azərbaycan Ordusunun sülhməramlı əməliyyatları Kosova, Əfqanıstan, İraqda olub. Hazırda isə Cənubi Sudanda bu missiyanı həyata keçirir. Azərbaycanın bu addımları beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirililib. Bu həm də Azərbaycan Ordusunun nüfuzunun artması, yeni əməkdaşlıq imkanlarının yaranması deməkdir".
General-mayor əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda islahatlar bu gün də davam edir.