Balakəndə yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alanlar var
Hadisə
- 15 dekabr, 2025
- 19:10
Balakəndə yol-nəqliyyat hadisəsi olub, sürücü ölüb, daha iki nəfər xəsarət alıb.
"Report" un Şimal-qərb bürosunun məlumatına görə, avtoqəza rayonun Talalar kəndi ərazisində qeydə alınıb.
Belə ki, "VAZ-2106" və "VAZ-21015" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ-2106"nın sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən yerləşdirildiyi xəstəxanada ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü, 22 yaşlı Rufan Bayramov və "VAZ-2106"da olan sərnişin, 31 yaşlı Şamil Saxalov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Son xəbərlər
06:51
Keçmiş məcburi köçkün: 34 il sonra doğma torpağa qayıtmaqdan gözəl hiss ola bilməz
Daxili siyasət06:30
Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb
Daxili siyasət06:20
FTB Braun universitetində atəş şəxs haqqında məlumat verənə mükafat vəd edib
Digər06:03
Çin səfirliyi Böyük Britaniyaya xəbərdarlıq edib
Digər ölkələr05:50
Politico: ABŞ Ukraynaya ultimatum verib, təhlükəsizlik müqabilində ərazilərindən imtinanı tələb edib
Digər ölkələr05:39
Braziliyada Azadlıq heykəlinin surəti güclü külək səbəbindən çöküb
Digər ölkələr05:13
"Könüllülər koalisiyası" Ukrayna ərazisinə qoşun yerləşdirmək üçün planlar hazırlayıb
Digər ölkələr04:38
Azərbaycan Mərkəzi Asiyada sərhəd mübahisələrinin dinc yolla həllini dəstəklədiyini bəyan edib
Xarici siyasət04:09