Amnistiya aktı ilə 878 nəfər şərti cəzadan azad edilib

Daxili siyasət
  • 24 fevral, 2026
  • 10:46
Amnistiya aktı ilə 878 nəfər şərti cəzadan azad edilib

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Amnistiya aktı ilə fevralın 19-dək 878 nəfər şərti cəzadan azad edilib.

"Report"un məlumatına görə, bu barədə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Əliyev Binəqədi Rayon Prokurorluğunda "Amnistiya aktı: dövlət humanizminin ifadəsi" adlı seminarda bildirib.

Onun sözlərinə görə, onlardan 826 nəfəri azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilənlər, şərti olaraq vaxtından əvvəl azad edilənlər və cəzası təxirə salınanlar, 52 nəfəri isə digər cəzalara şərti məhkum edilənlər, şərti olaraq vaxtından əvvəl azad edilənlər və cəzası təxirə salınanlardır.

Son xəbərlər

Bütün Xəbər Lenti