Zənzibar adasında tısbağa ətindən zəhərlənən 9 nəfər ölüb

Zənzibar adasında tısbağa ətindən zəhərlənən 9 nəfər ölüb Tanzaniyanın Zənzibar muxtar bölgəsində tısbağa ətindən zərhərlənmə nəticəsində 8-i uşaq olmaqla 9 nəfər ölüb, 78 nəfər xəstəxanaya yerləşdirilib.
Digər ölkələr
13 Mart , 2024 09:52
Zənzibar adasında tısbağa ətindən zəhərlənən 9 nəfər ölüb

Tanzaniyanın Zənzibar muxtar bölgəsində tısbağa ətindən zəhərlənmə nəticəsində 8-i uşaq olmaqla 9 nəfər ölüb, 78 nəfər xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, məlumatı “Bild” yayıb.

Bildirilib ki, dəniz tısbağası əti Zənzibarda delikates sayılır. Bununla belə onun tərkibində tez-tez insanlarda xelonitoksin yarada bilən toksinlər olur. Ürəkbulanma, qusma, həmçinin tərləmə və döş boşluğunda ağrıların olması bunun əsas simptomları sayılır. Ən pis halda zəhərlənmə həyati vacib orqanın funksiyasının icrasını yerinə yetirə bilməməsi səbəbindən ölümlə nəticələnir. Zəhərlənməyə qarşı xüsusi preparat yoxdur, həkimlər yalnız simptomları yüngülləşdirə bilər.

Xelonitoksin zəhərlənmələri nadir sayılır. Ancaq mütəxəssislər bu halın tez-tez baş verdiyini bildirirlər.

Bir çox zəhərlənmə halları çox güman ki, bildirilmir. Çünki nəsli kəsilməkdə olan növlərin beynəlxalq ticarəti haqqında Vaşinqton Konvensiyasına əsasən heyvanların tutulması və yeyilməsi 1975-ci ildən qadağan edilib.

Zənzibar və ya Unguja Pemba Zənzibar arxipelaqının iki böyük adasından biridir. Tanzaniyanın bir hissəsi, Zənzibar muxtar bölgəsi Hind okeanında yerləşir.

Son xəbərlər

Orphus sistemi