Ukrayna və Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlamaq üçün birgə işləyir.
“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.
O xatırladıb ki, bu gün (dünən-red) Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiyanın maliyyə qurumlarına qarşı sanksiyalarla bağlı qərarının icrası ilə bağlı fərman imzalanıb.
"Bunlar Ukraynanın sanksiyalarıdır. Amma hər bir belə sanksiyalar paketi tərəfdaşlarla işləmək üçün əsas olur. Ukrayna tərəfdaşlarla birlikdə sanksiyaların növbəti mərhələsi üzərində işləyir. Bu, onuncu olacaq", - Ukrayna lideri əlavə edib.
V. Zelenski əlavə edib ki, ölkəsi qlobal münasibətlərin digər subyektləri ilə də işləyir.