Zelenski: Ukrayna ABŞ ilə sülh planı üzrə danışıqlarda "çıxılmaz vəziyyət" görmür
Digər ölkələr
- 20 yanvar, 2026
- 16:18
Ukrayna sülh planı çərçivəsində sazişlərin imzalanması üzrə ABŞ ilə danışıqlarda "çıxılmaz vəziyyət" görmür.
"Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O qeyd edib ki, Ukrayna və ABŞ nümayəndə heyətləri daim təmasdadır və sənədlər üzərində işi davam etdirirlər.
"Hələlik çıxılmaz vəziyyət görmürəm. Sənədlər üzərində iş gedir. Danışıqlara gəlincə, onlar daimi xarakter daşıyır və qətiyyən çıxılmaz vəziyyət barədə deyil", - "İnterfaks-Ukrayna" V.Zelenskinin sözlərindən sitat gətirib.
Qeyd edək ki, Kiyev və Vaşinqton Ukrayna böhranının həlli üzrə sülh planı çərçivəsində təhlükəsizlik zəmanətləri, eləcə də Ukraynanın bərpası üçün 800 milyard dollar məbləğində investisiyalar haqqında sazişi müzakirə edir.
Son xəbərlər
19:52
Boçorişvili Rubio ilə görüşdə Gürcüstanın planlarından bəhs edib
Region19:48
Vens: Əliyev və Tramp dünyada həm Türkiyə, həm də İsraillə yaxşı münasibətlərə malik olan yeganə liderlərdir
Xarici siyasət19:39
Xartiya: Azərbaycan və ABŞ əməkdaşlığın 5 əsas məqsədini müəyyənləşdirib
Xarici siyasət19:37
Foto
Ərəb Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
Xarici siyasət19:34
Kallas: Aİ Ukraynada nizamlanma çərçivəsində Rusiyaya öz tələblərini irəli sürməlidir
Digər ölkələr19:32
Vens: Azərbaycan sülhməramlıları Əfqanıstanı sonuncu tərk edənlərdən biri olub
Xarici siyasət19:28
Foto
Güləş üzrə U-17 Azərbaycan çempionatında ilk qaliblər bəlli olub
Fərdi19:26
Vens: ABŞ Azərbaycana bir neçə yeni qayıq tədarük etməyi planlaşdırır
Biznes19:22
Video