Zaxarova: Fransanı Yeni Kaledoniyada zorakılıqdan çəkinməyə çağırırıq

Zaxarova: Fransanı Yeni Kaledoniyada zorakılıqdan çəkinməyə çağırırıq Rusiya Fransa hakimiyyətini Yeni Kaledoniyada etirazçılara qarşı əsassız zorakılıqdan çəkinməyə çağırır.
Digər ölkələr
23 May , 2024 15:45
Zaxarova: Fransanı Yeni Kaledoniyada zorakılıqdan çəkinməyə çağırırıq
Mariya Zaxarova

Rusiya Fransanı Yeni Kaledoniyada etirazçılara qarşı əsassız zorakılıqdan çəkinməyə çağırır.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Parisi Yeni Kaledoniyanın və nəzarəti altında olan digər dənizaşırı ərazilərin yerli əhalisinin hüquq və azadlıqlarına riayət olunmasını təmin etməyə çağırırıq. Onun digər ölkələrə təqdim etdiyi tələblər tamamilə əsassızdır”, - o bildirib.

M.Zaxarova vurğulayıb ki, Yeni Kaledoniyada baş verən hadisələr keçmiş ziddiyyətlərin və köklü sakinlərin vəziyyətindən narazılıqların artmasının nəticəsidir: “Yerli əhali Fransanın bu dənizaşırı ərazisinin 40 %-ni təşkil edir. Bütün bunlar Fransanın indi dənizaşırı ərazilər adlandırılan keçmiş müstəmləkələri ilə bağlı siyasətinin dalana dirəndiyini və həqiqətən də Parisin müstəmləkə və imperiya təfəkkürünün davamı olduğunu təsdiqləyir”.

Son xəbərlər

Orphus sistemi