Yüz minlərlə insan İtaliya aeroport işçilərinin tətili səbəbindən çətinliklərlə üzləşib

Digər ölkələr
  • 15 iyul, 2023
  • 12:18
Yüz minlərlə insan İtaliya aeroport işçilərinin tətili səbəbindən çətinliklərlə üzləşib

Bu gün yüz minlərlə insan İtaliyada hava limanı işçilərinin tətili səbəbindən çətinliklərlə üzləşib.

“Report” İtaliya KİV-nə istinadən xəbər verir ki, hava limanının işçiləri əməkhaqlarının artırılmasını tələb edirlər. Tətillə əlaqədar bir çox reyslərin ləğv ediləcəyi və 250 minə yaxın sərnişinin zərər çəkəcəyi gözlənilir.

Aksiya əvvəlcədən elan edilib, aviaşirkətlər uçuşların gecikmələri və ya ləğv edilməsi barədə müştərilərə məlumat veriblər.

44 filmi