Yuxarı

​Yunanıstanda referendumun keçirilməsinin təfərrüatları məlum olub

Referendumda yalnız yaşı 18-ə çatmış Yunanıstan vətəndaşları iştirak edə bilər

Bakı. 4 iyul. REPORT.AZ/ Yunanıstana maliyyə yardımı məsələsi üzrə referendum iyulun 5-də, yerli vaxtla saat 07:00-da başlayacaq.

“Report” “The Telegraph”a istinadən xəbər verir ki, referendum 12 saat davam edəcək və 19.00-da başa çatacaq.

Qeyd olunur ki, referendumda yalnız yaşı 18-ə çatmış Yunanıstan vətəndaşları iştirak edə bilər.

Nəticələrin açıqlanacağı vaxt hələ məlum deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi