Afinada polislə anarxiyaçılar arasında toqquşma baş verib
Digər ölkələr
- 19 oktyabr, 2016
- 22:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 oktyabr. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afina şəhərinin Ekzarxia rayonunda xüsusi təyinatlı polis dəstələri ilə anarxiyaçılar arasında toqquşma baş verib.
"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər yayıb.
Məlumatda bildirilir ki, polis təxminən 100 anarxiyaçıdan ibarət qrupun olduğu Politexnik Universitetini mühasirəyə alıb. Anarxiyaçılar asayiş keşikçilərinə "Molotov kokteyli", fişəng, daş atıblar.
Onlar həmçinin universiteti tərk etməzdən əvvəl zibil çənini yandırıblar.
Polis böyük miqdarda gözyaşardıcı qazdan istifadə edib. Rayonda nəqliyyatın hərəkəti dayandırılıb.
Qeyd edək ki, Ekzarxia rayonunda çoxlu sayda anarxiyaçı təşkilat var.
Son xəbərlər
19:10
İspaniyada üçgünlük ümummilli matəm elan edilib - Yenilənib
Digər ölkələr
19:09
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
Digər ölkələr
19:05
UEFA Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyunda Bosniya və Herseqovina klubuna uduzub
Futbol
19:04
U-15 dünya çempionatı: Azərbaycan millisi Cəbəllütariq yığmasına qalib gəlib
Futbol
18:57
Video
İspaniyada dəmiryol qəzasında ölənlərin sayı 68 nəfərə çatıb - Yenilənib-4
Digər ölkələr
18:55
Foto
İƏT-in Baş katibi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib
Xarici siyasət
18:50
AzFina rəsmisi: "Azərbaycanda rəsmi gəliri olmayan şəxslərin kreditləşdirilməsi üçün böyük potensial var"
Maliyyə
18:50
Foto
"Sumqayıt" güləşçiləri "Gəncə Kuboku"na sahib çıxıblar
Fərdi
18:43
Foto
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib
Mədəniyyət siyasəti