Stoltenberq “Vaqner” barədə: “Alyansın şərqində hazırlığımızı və hərbi gücümüzü artırmışıq”

Stoltenberq “Vaqner” barədə: “Alyansın şərqində hazırlığımızı və hərbi gücümüzü artırmışıq” Yens Stoltenberq “Vaqner” barədə: “Alyansın şərqində hazırlığımızı və hərbi gücümüzü artırmışıq”
Digər ölkələr
28 iyun 2023 18:29
Stoltenberq “Vaqner” barədə: “Alyansın şərqində hazırlığımızı və hərbi gücümüzü artırmışıq”

“Düşünürəm ki, Rusiyada gördüklərimizlə bağlı yekun nəticəyə gəlmək hələ tezdir. Bununla belə, hadisələri yaxından izləyirik. Artıq alyansın şərq hissəsində hazırlığımızı və hərbi mövcudluğumuzu artırmışıq".

“Report” xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Vilnüs Sammitinə hazırlıq çərçivəsində Haaqa şəhərində NATO-nun yeddi müttəfiqinin liderləri ilə işçi naharda görüşündən sonra mətbuat konfransında deyib.

Stoltenberq “Vaqner”in lideri Yevgeni Priqojinlə bağlı suala belə cavab verib: “Məncə, bu qüvvələrin hara gedəcəyini və ya hamısının Belarusa gedəcəklərini dəqiq söyləmək hələ tezdir”.

Qeyd edək ki, gələn ay Vilnüsdə NATO Sammiti keçiriləcək. Sammitdə NATO regionunda artan təhlükə və Ukrayna ilə münasibətlər müzakirə ediləcək.

Son xəbərlər

Orphus sistemi